Dünyanın ən varlı 1%-i qalan 99%-in ümumi sərvətindən təxminən iki dəfə çox qazanıb | Banco.az

Dünyanın ən varlı 1%-i qalan 99%-in ümumi sərvətindən təxminən iki dəfə çox qazanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Oxfam” böyük gəlir əldə edən qida şirkətlərinin əlavə gəlir vergisi ödəməli olduğunu iddia edib.

Banco.az xəbər verir ki, “Oxfam” beynəlxalq humanitar təşkilatı qida şirkətlərinin böyük gəlir əldə etdiyini və qlobal bərabərsizliyin azaldılması üçün ödədikləri vergilərin artırılmasının vacibliyini bildirib.

Britaniyanın beynəlxalq humanitar təşkilatı “Oxfam” bu barədə İsveçrənin Davos şəhərində başlayacaq Dünya İqtisadi Forumundan əvvəl dərc etdiyi hesabatda qeyd edib.

Təşkilat inflyasiya artdıqca böyük gəlirlər əldə edən qida şirkətlərinin qlobal bərabərsizliyi azaltmağa kömək etmək üçün ödədikləri vergiləri artırmalı olduğunu vurğulayıb.

Hesabatda dünyanın iqlim dəyişikliyi, artan yaşayış xərcləri, Rusiya-Ukrayna müharibəsi və Kovid-19 pandemiyası da daxil olmaqla eyni vaxtda bir sıra böhranlarla əhatə olunduğu, lakin multimilyonçuların getdikcə zənginləşdiyi və şirkətlərin gəlirlərinin artdığı qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatında bildirilib ki, ötən iki il ərzində dünyanın ən varlı 1 faizi qalan 99 faizin ümumi sərvətindən təxminən iki dəfə çox sərvət qazanıb. Milyarderlərin ümumi sərvətinin 2020-ci ildən bəri gündə 2,7 milyard dollar artdığı, ən azı 1,7 milyard işçinin isə inflyasiyanın maaş artımını üstələdiyi ölkələrdə yaşadığı qeyd edilib.

Odur ki, bu problemlərlə mübarizə aparmağı hədəfləyən “Oxfam” təbəqələr arasındakı bərabərsizliyi azaltmaq üçün varlılara daha çox vergi tətbiq edilməsini tövsiyə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et