ABŞ və Çinin sürpriz görüşündə hansı iqtisadi məsələlər müzakirə olunacaq? | Banco.az

ABŞ və Çinin sürpriz görüşündə hansı iqtisadi məsələlər müzakirə olunacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Çin arasında sürpriz görüş baş tutacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen və Çinin Baş nazirinin müavini Liu He arasında İsveçrədə ilk təkbətək görüşün keçiriləcəyi gözlənilir.

İki lider görüş zamanı makroiqtisadi prosesləri müzakirə edəcək.

Sözügedən görüş yanvarın 18-də Sürixdə baş tutacaq.

ABŞ Maliyyə Nazirliyindən yayılan bəyanatda görüş zamanı makroiqtisadi və digər iqtisadi məsələlərin müzakirə ediləcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram