Bitkoin yeni ilin əvvəlindən bəri 28 faiz bahalaşıb | Banco.az

Bitkoin yeni ilin əvvəlindən bəri 28 faiz bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il investorlarına 64 faiz dəyər itkisi yaşadan bitkoin 2023-cü ildə yüksəlişini davam etdirir.

Banco.az xəbər verir ki, həftə sonu 20 min dollarlıq psixoloji həddi keçən və iki dəfə 21 min dollara qədər bahalaşan bitkoin yeni iş həftəsinə yüksəliş dinamikası ilə başlayıb.

Bazar dəyəri baxımından dünyanın ən dəyərli kriptovalyutası olan bitkoin Bakı vaxtı ilə 06:25 radələrində 21 min 345 dollara çatmaqla 9 həftənin maksimumuna yüksəlib. Daha sonra 21 min 170 dollara qədər ucuzlaşmasına baxmayaraq bitkoinin gündəlik dəyər artımı 2,2 faiz təşkil edib. 

Bazar dəyərinə görə 2-ci yerdə olan ethereum isə gündəlik 3,1% artaraq 1575 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, səhər saatlarında bazar dəyərinə görə ilk 100-lükdə olan kriptovalyutalardan 94-ündə bahalaşma müşahidə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram