Dünya İqtisadi Forumu bugün start götürür | Banco.az

Dünya İqtisadi Forumu bugün start götürür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya İqtisadi Forumu bugün başlayır.

Banco.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin siyasi və biznes liderləri bugün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 2023-cü il İllik İclasının açılışı üçün bir araya gələcək.

“Parçalanmış dünyada əməkdaşlıq” mövzusu altında iştirakçılar Kovid-19-un yaratdığı qlobal tənəzzül, Ukraynadakı müharibə, iqlim dəyişikliyi və yüksək milli borc səviyyələri də daxil olmaqla, bir-biri ilə kəsişən bir sıra məsələlərlə bağlı qlobal iqtisadiyyatın gələcəyini müzakirə edəcəklər.

Nümayəndələr həmçinin inflyasiya ilə bağlı müzakirələr də aparacaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram