Müəllif - Aida İsaq, Banco.az
2023-cü il qlobal iqtisadiyyat üçün bir sıra müsbət nüanslarla başlayıb.
Banco.az xəbər verir ki, Avropada nisbətən mülayim keçən havalar, uzun sürən karantindən sonra Çində istehsalın bərpası və ABŞ-da inflyasiya göstəricilərində müşahidə olunan azalma 2022-ci ilin sonunda maliyyə bazarlarını bürüyən neqativ nəticələrin aradan qalxmasına stimul rolunu oynayır. Lakin bütün bunlara baxmayaraq, dünyanın bu ilin sonuna qədər genişmiqyaslı tənəzzül risklərindən tam uzaqlaşmadığı bildirilir.
Qeyd edək ki, tənəzzül risklərinin qüvvədə qalmasına şərait yaradan xüsusi məsələlərdən biri kimi dünyanın aparıcı mərkəzi banklarının əsas faiz dərəcələrinin daha da artırılmasına yönələn siyasətini davam etdirməsi göstərilir. Eyni zamanda ekspertlərin sözlərinə görə, müşahidə olunan qeyr-sabit inflyasiya dinamikasının da burada özünəməxsus rolu var.
Bizi sosial şəbəkələrdən izləyin!!