Bu bank işçilərinin bonuslarını azaldacaq | Banco.az

Bu bank işçilərinin bonuslarını azaldacaq

Müəllif - Aida İsaq, Banco.az

İsveçrənin ən böyük banklarından biri “Credit Suisse” bonus fondunu 50 faiz azaltmağı planlaşdırır. 

Banco.az xəbər verir ki, bank dördüncü rübdəki böhran və maliyyə problemləri ilə əlaqədar müvafiq addımı atıb. Beləliklə, maliyyə təşkilatı işçiləri mükafatlandırma ilə bağlı xərclər üçün təxminən bir milyard frank məbləğində büdcə (1,1 milyard dollar) ayırmağı planlayır. Hansı ki, 2020-ci ildə bu məqsədlə ayrılan büdcə  2,9 milyard dollar səviyyəsində olub. Şirkət rəhbərliyinin məlumatına görə, bəzi əməkdaşlar üçün bonusların verilməsi ümumiyyətlə dayandırıla bilər.

Qeyd edək ki, bank baş verən maliyyə böhranı fonunda artıq 2021-ci ildə bonus fondunu 32 faiz azaltmışdı. Bundan başqa hazırda əməkdaşların maaş həcminin azaldılmasının “JPMorgan Chase” və “Citigroup” kimi rəqiblərdən daha sərt olacağı qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et