“Xiaomi” yeni “əl tozsoranını” təqdim edib | Banco.az

“Xiaomi” yeni “əl tozsoranını” təqdim edib

Müəllif - Aida İsaq, Banco.az

"Xiaomi" yeni “MIJIA Mite Eliminator Pro” modelini təqdim edib. 

Banco.az xəbər verir ki, vizual olaraq əl tozsoranına bənzəyən cihaz toz gənələrini toplamaq və onları məhv etmək üçün nəzərdə tutulub. Cihazın gücü 400 vattdır. Döşəkləri, divanları, yastıqları və digər yumşaq səthləri təmizləməyə imkan verən fırça dəqiqədə 48 min dövrə vurmağa qadirdir. Fırça parçaların orijinallığını qoruyub saxlamağa, onu zədələmədən təmizləməyə imkan verən dizaynda hazırlanıb.

Cihaz həmçinin ekran, "UV" lampa və kiçik daxili mühərriklə təchiz olunub. Toz toplayıcıya toplanan gənələr xüsusi ultrasəs dalğalarının köməyi ilə məhv edilir. Modelin hazırda qiyməti isə 379 yuan təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et