Sənaye zonalarında 4200-dən çox iş yeri yaradılacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Sənaye zonalarında 4200-dən çox iş yeri yaradılacaq

İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2,9 mlrd. dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. ixracın payına düşür. Nazirin sözlərinə görə, 2021-ci illə müqayisədə satışda 20,6%, ixracda isə 10,08% artım qeydə alınıb. Eyni zamanda sənaye zonalarında 10400-dən çox iş yeri yaradılıb.

Qeyd edək ki, nazirin məlumatına görə, mövcud layihələr üzrə əlavə olaraq 460 mln.-a yaxın investisiya-nın yatırılması və 4200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram