Hökumət siyasi partiyaların maliyyə hesabatının forması və məzmununu təsdiqləyəcək | Banco.az

Hökumət siyasi partiyaların maliyyə hesabatının forması və məzmununu təsdiqləyəcək

Hökumət siyasi partiyaların maliyyə hesabatının forması və məzmununu təsdiqləyəcək.

Bu, Prezident İlham Əliyevin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabinetinə üç ay müddətində Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et