Asiya ölkəsi xarici turistlərə rüsum tətbiq edəcək | Banco.az

Asiya ölkəsi xarici turistlərə rüsum tətbiq edəcək

Müəllif - Aida İsaq, Banco.az

Tailand xarici turistlərə 300 baht (9 dollar) rüsum tətbiq etməyə hazırlaşır. 

Banco.az xəbər verir ki, ölkənin turizm və idman naziri Pipat Ratçakitprakan bu barədə məlumat verib. Onun sözlərinə görə, müvafiq rüsum iş icazəsi olan əcnəbilərə üçün tətbiq olunmayacaq. Sözügedən qanun layihəsinin yanvarın 24-də müzakirə olunacağı bildirilir. Toplanan vəsaitin qəzalarda zərər çəkmiş səyahətçilərə dəstək istiqamətində xərclənəcəyi qeyd olunur.

Qeyd edək ki, Tayland 2023-cü ildə 25 milyona qədər xarici turisti qəbul etməyi hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram