Rusiya sanksiyalar fonunda ciddi zərərlə üzləşməyib | Banco.az

Rusiya sanksiyalar fonunda ciddi zərərlə üzləşməyib

Müəllif - Aida İsaq, Banco.az

Rusiya hazırda neftin qiymətinə tətbiq olunan məhdudiyyətlərin mənfi təsiri ilə üzləşməyib.

Banco.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, enerji qiymətlərində yenidən hər hansısa qiymət limitinin tətbiq olunacağı təqdirdə ölkəsi öz maraqlarını təmin etmək üçün bütün addımların atılmasını nəzərdən keçirəcək. 

Qeyd edək ki, Helsinki enerji və təmiz hava araşdırmaları mərkəzinin hesablamalarına əsasən Rusiya neftinə tətbiq olunan məhdudiyyətlər Kremlə gündə 160 milyon avroya başa gəlir. Ekspertlər fevralın 5-dən qüvvəyə minəcək yeni qadağaların fonunda itkilərin 280 milyon dollara yüksələcəyini proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et