Neft Fondunun "Şahdəniz"dən gəlirləri 63%-dən çox artıb | Banco.az

Neft Fondunun "Şahdəniz"dən gəlirləri 63%-dən çox artıb

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 443 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 63,1% çoxdur.

ARDNF-dən verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.01.2023 tarixinə) 328 567 min dollar olub, bu da 8,5% artım deməkdir.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et