İT Keyfiyyət təminatı üzrə mütəxəssis/Proqram Təminatın və İnteqrasiyaların İnkişafı | Banco.az
AccessBank

İT Keyfiyyət təminatı üzrə mütəxəssis/Proqram Təminatın və İnteqrasiyaların İnkişafı

Vakansiya haqqında məlumat: 

 

İT Keyfiyyət təminatı üzrə mütəxəssis/Proqram Təminatın və İnteqrasiyaların İnkişafı

Təsvir

  • Proqram təchizatının təhlili və biznes tələblərin tədqiqi;
  • Reallaşmış məhsulların test prosesinin planlaşdırılması;
  • Test-keyslər bazasının yazılması və yaradılması (test ssenariləri);
  • Hazır məhsulda/Sistemdə səhvlərin mövcudluğunun aşkarlanması və tələblərə əsasən uyğunlaşdırılması;
  • Proqramlaşdırılmış məhsulların test prosesinin eləcə də onun nəticələrinin yazılı təsviri (sənədləşmə);
  • Məhsulun test nəticələrinin təhlili, həmçinin səhvlərin eyniləşdirilməsi və onların treking sistemində qeydiyyatı;
  • Qeydiyyatlaşdırılmış səhvlərin/düzəlişlərin trekinq sistemində monitorinqi.

Tələblər

  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Yeni texnologiyaların öyrənilməsi və sınamaq həvəsi;
  • Sistemdə zəif nöqtələrin (nöqsanların) aşkarlanması bacarığı;
  • Sistemdə/məhsulda olan çatışmazlıqların konstruktiv tənqid bacarığı;
  • Dil bilikləri: səlis Azərbaycan; İngilis və Rus - yaxşı səviyyədə;
  • MS-Office (Excel, Word, PowerPoint, Visio) proqramları və elektron poçt-la sərbəst işləmək bacarığı;
  • Analitik qabiliyyətlərin mövcudluğu;
  • Hər cür detallara diqqətlilik;
  • Məhsuliyyətli və rutin işin aparılması bacarığı.

Müraciət!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram