"Lukoyl" şirkəti bu neft emalı zavodunu satacağını açıqlayıb | Banco.az

"Lukoyl" şirkəti bu neft emalı zavodunu satacağını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın “Lukoyl” şirkəti Siciliyadakı neft emalı zavodunu satacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Rusiyanın ikinci ən böyük neft istehsalçısı "Lukoyl" bazar ertəsi etdiyi açıqlamada Siciliyadakı ISAB neft emalı zavodunu “G.O.I Energy” şirkətinə satdığını bildirib.

"Lukoyl" qeyd edib ki, rəsmi orqanlardan, ilk növbədə, İtaliya hökumətindən lazımi icazələrin alınması da daxil olmaqla, müəyyən şərtlər yerinə yetirildikdən sonra alqı-satqı əməliyyatının 2023-cü ilin mart ayının sonuna qədər başa çatdırılması planlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram