Dünyanın ən yaxşı restoranı bağlanır | Banco.az

Dünyanın ən yaxşı restoranı bağlanır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Noma” restoranı fəaliyyətini dayandırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, dünyanın ən yaxşı restoranı seçilmiş Danimarkanın paytaxtı Kopenhagendə yerləşən “Noma” 2024-cü ilin sonunda qapılarını müştərilərinin üzünə bağlamağa hazırlaşır.

Bu barədə “New York Times” qəzetində məlumat verilib.

Bildirilib ki, təxminən 20 il əvvəl Kopenhagendə açılan və adambaşına ən az 500 dollarlıq menyusu olan “Noma” artıq fəaliyyət göstərməyəcək.

Yüksək standartları və yüksək qiymətləri ilə məşhur olan restoran bundan sonra “qida laboratoriyası” kimi fəaliyyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, nahar üçün tərəvəz menyusunun adambaşına təqribən 700 dollar olduğu restoran iyun ayında təxminən 5 ildən sonra ilk dəfə olaraq zərərə uğradığını açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et