Dünya Bankı qlobal tənəzzüllə bağlı həyəcan təbili çalır | Banco.az

Dünya Bankı qlobal tənəzzüllə bağlı həyəcan təbili çalır

Müəllif - Aida İsaq, Banco.az

Dünya Bankı 2023-cü ildə qlobal iqtisadiyyatın yeni neqativ şoklarla üzləşərək tənəzzülə sürüklənəcəyindən narahatdır.

Banco.az xəbər verir ki, Dünya Bankının sabah açıqlanacaq "Qlobal İqtisadi Görünüş" yarımillik hesabatında bununla bağlı məsələlərin yer alacağı məlum olub. Belə ki, yeni böhran şəraiti yaranmasa da, yüksək inflyasiyanın idarə edilməsinə yönəlmiş siyasətin getdikcə sərtləşdirilməsi, müşahidə olunan maliyyə böhranı və Rusiyanın Ukraynaya hücumu bu il qlobal artımı kəskin şəkildə zəiflədəcək. Dünya Bankının bəyanatına görə, hesabatda böyük məbləğlərdə borcu olan inkişaf etməkdə olan bazarlarda və iqtisadiyyatlarda daralma riskini azaltmaq üçün qlobal və milli səylərin sürətlə gücləndirilməsi tələb olunacaq. Eyni zamanda bəyanatda bu istiqamət üzrə siyasətçilərin istənilən maliyyə dəstəyinin həssas qruplara yönəldilməsini təmin etmələrinin çox vacib olduğu qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et