Avrozonada inflyasiya səviyyəsi proqnozları doğrultmadı | Banco.az

Avrozonada inflyasiya səviyyəsi proqnozları doğrultmadı

Müəllif - Aida İsaq, Banco.az

Dekabr ayı üzrə Avrozonada inflyasiya səviyyəsi gözləntilərdən aşağı düşüb. Bununla yanaşı baza inflyasiyasında artım qeydə alınıb.

Banco.az xəbər verir ki, Avrozonada noyabr ayı üzrə 10,1 faiz təşkil edən illik əsas inflyasiya dekabrda 9,2 faizə enib. Hansı ki, iqtisadçılar bu nisbətin 9,7 faiz olacağını proqnozlaşdırmışdı.

Ərzaq və enerji qiymətləri nəzərə alınmadan istehlak qiymətlərinin illik artım tempi dekabrda 6,9 faizə yüksəlib. Noyabr ayı üzrə müvafiq göstərici 6,6 faiz təşkil etmişdi. Alkoqol və tütün məmulatları istisna olmaqla, dekabrda illik qiymət artımı 5,2 faiz təşkil edib. Noyabrda isə illik artım 5 faiz səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et