İtaliya şirkəti Rusiyadan qaz alışını dayandırıb | Banco.az

İtaliya şirkəti Rusiyadan qaz alışını dayandırıb

Müəllif - Aida İsaq, Banco.az

İtaliyanın enerji şirkəti “Edison” Rusiyadan qaz alışını dayandırıb.

Banco.az xəbər verir ki, imzalanan müqavilənin 2022-ci il dekabrın 31-də başa çatması səbəbindən əməliyyatlar dayandırılıb. Bu barədə enerji şirkətinin baş icraçı direktoru Nikola Monti bildirib. Onun sözlərinə görə, ölkəsində fəaliyyət göstərən şirkətlərin Rusiya qazını tam şəkildə əvəz etməsi üçün iki-üç il zamana ehtiyac var. Bununla yanaşı, İtaliya şirkətləri arasında ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) tədarük olunması gündəmdədir. Lakin hazırda ölkədə bunun üçün lazımi reqazlaşdırıcıların olmadığı bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et