Müəllif: Tamara Mustafayeva, Banco.az
“Equinor” və “RWE” şirkətləri hidrogen tədarük zənciri üzrə tərəfdaşlığa başlayırlar.
Banco.az xəbər verir ki, Norveçin “Equinor” və Almaniyanın “RWE” şirkətləri aşağı karbonlu hidrogen istehsalı və istifadəsi üçün bir neçə milyard avro dəyərində investisiya qoyuluşunu əhatə edəcək təchizat zəncirinin yaradılması planlarını açıqlayıblar.
Sözügedən planla Almaniyanın kömür və karbon qazı emissiyalarından asılılığı azalacaq.
“Equinor” və “RWE” əvvəlcə Almaniyada təbii qazla, sonra Norveçdə təbii qazdan hasil edilən hidrogenlə işləyəcək yeni elektrik stansiyaları tikməyi planlaşdırır.
Qeyd edək ki, şirkətlər sözügedən tərəfdaşlıq çərçivəsində tərəflərin investisiya öhdəlikləri haqqında ətraflı məlumat verməyiblər.
Almaniyanın ən böyük enerji istehsalçısı olan “RWE” isə tərəfdaşlığın bir neçə milyard avro dəyərində investisiya qoyuluşunu əhatə edəcəyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!