Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” çərşənbə günü 18 mindən çox işçisini ixtisar edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon” pandemiya dövründə həddindən artıq işçi qəbulu həyata keçirdiklərini etiraf edərək yaxın günlərdə kütləvi ixtisarlara hazırlaşdıqlarını elan edib.
Bu barədə şirkətin baş icraçı direktoru Endi Cessi bloq yazısında məlumat verib.
Xatırladaq ki, ilin üçüncü rübünün sonunda “Amazon”da 1,54 milyon insan işləyirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!