Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə dünyanın üç ən böyük hərrac evinin satışları rekord həddə yüksəlib.
Banco.az xəbər verir ki, "Christie`s", "Sotheby`s" və "Phillips"in ümumi satışları təqribən 18 milyard dollara çatıb. Belə ki, "Christie`s"in satışları 8,4 milyard dollar, "Sotheby`s"in 8 milyard, "Phillips"in isə 1,3 milyard dollar təşkil edib.
Qeyd olunur ki, "Christie`s" incəsənət bazarı tarixində ümumilikdə satış rekorduna imza atıb. "Sotheby`s" isə cari ildəki gəlirinin əsas hissəsini boşanmağa qərar verən Harri və Linda Makloinin əmlakından əldə edib.
"Phillips" hərrac evi 2022-ci ildə satışları keçən illə müqayisədə 8% artıra bilib. Şirkətin ən bahalı lotu 85 milyon dollara satılan Jan-Mişel Baskiyanın tablosu olub.
Bizi sosial şəbəkələrdən izləyin!!