"Rusiya öz neftini bazar qiymətləri ilə satmağa davam edəcək" | Banco.az

"Rusiya öz neftini bazar qiymətləri ilə satmağa davam edəcək"

Müəllif - Aida İsaq, Banco.az

Rusiya öz neftini bazar qiymətləri ilə satmağa davam edəcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Anton Siluanov bildirib. Onun sözlərinə görə, Rusiya neftin satışını hər hansısa məhdudiyyətlər əsasında deyil, bazar prinsipləri istiqamətində həyata keçirəcək. Eyni zamanda nazir Rusiyanın dünyanın ən böyük neft ixracatçılarından biri olduğunu və bu mövqeyini qorumağa davam edəcəyini əlavə edib.

Qeyd edək ki, dekabrın 5-də Avropa İttifaqı, G7 ölkələri və Avstraliya tərəfindən Rusiya neftinə qadağaların tətbiqi ilə bağlı razılşma qüvvəyə minib. Həmin gündən etibarən Aİ Rusiya neftinin dəniz yolu ilə idxalını rəsmən dayandırıb. Həmçinin G7 ölkələri və Avstraliya Rusiya neftinin bir barel üçün 60 dollardan yuxarı qiymətə nəqlindən və sığortalanmasından imtina edib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et