Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə iqtisadi inam indeksi dekabrda 0,7 faiz artaraq 97,6 olub.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) İqtisadi İnam İndeksi üzrə dekabr 2022 məlumatlarını açıqlayıb.
Buna görə, ölkədə İqtisadi İnam İndeksi noyabrda 96,9 ikən dekabrda 0,7 faiz artaraq 97,6 olub.
Qeyd edək ki, iqtisadi inam indeksi 100-dən yuxarıdırsa, bu, ümumi iqtisadi vəziyyətlə bağlı nikbinliyi, 100-dən aşağıdırsa ümumi iqtisadi vəziyyətlə bağlı pessimizmi göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!