Bu aparıcı bank işçilərini ixtisar etməyə hazırlaşır | Banco.az

Bu aparıcı bank işçilərini ixtisar etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” işçilərinin bir qismini ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, “Goldman Sachs Group”un baş direktoru David Solomon şirkət işçilərinə ünvanladığı ənənəvi il sonu mesajında yaxın həftələrdə bir sıraixtisarların reallaşacağını açıqlayıb.

"Ehtiyatla hərəkət etməli və resurslarımızı ağıllı şəkildə idarə etməliyik", deyə Solomon vurğulayıb.

Qeyd edək ki, mövzuya yaxın mənbələrə görə, işçi qüvvəsinin 4 faizinin ixtisar edilməsi müzakirə edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram