Çin dayandırılmış pasport və viza prosedurlarını bərpa edir | Banco.az

Çin dayandırılmış pasport və viza prosedurlarını bərpa edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində pandemiya tədbirlərinin yumşaldılması çərçivəsində növbəti addımlar atılır.

Banco.az xəbər verir ki, Çində Kovid-19 pandemiyası ilə əlaqədar tətbiq edilən beynəlxalq səyahət məhdudiyyətlərinin və sərhəd tədbirlərinin ləğvi elan edildikdən sonra pasport və viza prosedurlarının bərpa ediləcəyi açıqlanıb.

Bu barədə Milli İmmiqrasiya İdarəsi tərəfindən məlumat yayılıb.

Bildirilib ki, pandemiya səbəbindən dayandırılan Çin vətəndaşlarının pasport müraciəti və təsdiqi ilə bağlı standart proseslərin 8 yanvar 2023-cü il tarixindən etibarən əvvəlki qaydada icrası bərpa olunacaq.

Beləliklə, Çin vətəndaşları nəhayət 3 ildən sonra ailə, iş və təhsil öhdəliklərindən başqa turizm və dost səfərləri üçün də xaricə gedə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, əcnəbilərin normal viza, qısa müddətli giriş vizası, tranzit vizası və yaşayış icazəsi üçün müraciətlərinin yenidən qəbul ediləcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et