Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada qazın qiyməti Rusiya-Ukrayna müharibəsindən sonra ən aşağı səviyyədədir.
Banco.az xəbər verir ki, Avropada təbii qazın qiyməti mülayim hava şəraiti, bir çox ölkədə qaz çənlərinin doldurulması və daha çox yaşıl enerji istehsalı ilə Ukrayna-Rusiya müharibəsi başlayandan bəri ən aşağı səviyyəyə düşüb.
Hollandiya mərkəzli virtual təbii qaz birjası olan TTF-də satılan qazın yanvar fyuçerslərinin qiyməti dünə meqavat/saat üzrə 80 avro ilə açılış etmiş, daha sonra 76,18 avroya geriləyərək müharibənin əvvəlindən bəri qeydə alınan ən ucuz göstəriciyə imza atmışdı.
Qeyd edək ki, qazın qiyməti ardıcıl səkkiz ticarət günü ərzində ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!