Bu ölkədə sürücüsüz gecə taksisi xidməti işə düşüb | Banco.az

Bu ölkədə sürücüsüz gecə taksisi xidməti işə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Baidu” Çində sürücüsüz gecə taksisi xidmətinə başlayıb.

Banco.az xəbər verir ki, axtarış sistemləri ilə tanınan Çin internet nəhəngi “Baidu” avtonom sürücülükdə də böyük irəliləyişlər əldə edir. Çində ən çox istifadə edilən axtarış sisteminə sahib bu şirkət ilkin mərhələdə Vuhan şəhərində olmaqla səhər saat 7 ilə axşam 11 arası sürücüsüz taksi xidmətinə başlayıb.

Şirkətin həmtəsisçisi və baş direktoru Robin Li bildirib ki, “Baidu”nun robot taksi xidməti olan “Apollo Go”nun 2025-ci ilə qədər 65 şəhərdə, 2030-cu ilə qədər isə 100 şəhərdə xidmət göstərməsini hədəfləyirlər.

Bu həftədən etibarən, artıq Vuhanın əhalisi səhər saat 07:00-dan axşam saat 23:00-a qədər sürücüsüz taksilərdən istifadə edə bilərlər. Qeyd edək ki, əvvəllər sürücüsüz avtomobillər şəhərdə təkcə səhər saat 9-dan axşam 17-dək fəaliyyət göstərirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram