Cari ildə 21 xarici şirkət Rusiyadan Qazaxıstana köçüb | Banco.az

Cari ildə 21 xarici şirkət Rusiyadan Qazaxıstana köçüb

Müəllif - Aida İsaq, Banco.az

Cari ildə 21 xarici şirkət Rusiyadan Qazaxıstana köçüb.

Banco.az xəbər verir ki, məlumata görə, daha 28 şirkət yerdəyişmə ilə bağlı danışıqlar aparır. Belə şirkətlər arasında Atırauda qaz analizatorlarının və Almatıda şkafların istehsalına başlayan Amerikanın "Honeywell" şirkəti də yer alır. Eyni zamanda “British Weir Minerals” şirkətinin də Almatıda istehsal mərkəzi fəaliyyətə başlayıb.

Qeyd edək ki, daha öncə Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Aslan Atalıkovun verdiyi açıqlamaya görə, sentyabr ayından respublikaya gələn 146 min rusiyalı ölkəni tərk etməyib. A.Atalıkovun sözlərinə görə, onlardan 36 min nəfəri Qazaxıstanda müvəqqəti yaşamaq icazəsi alıb. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et