Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyada fabrik istehsalı noyabr ayında ardıcıl üçüncü dəfə azalıb.
Banco.az xəbər verir ki, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (METI) məlumatına görə, mövsümi təsirlərdən kənarlaşdırılmış sənaye istehsalı noyabr ayında əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb.
Bazar proqnozu azalmanın 0,3 faiz olacağını göstərirdi.
İllik əsasda isə sənaye istehsalında 1,3 faiz azalma olub.
Qeyd edək ki, sözügedən dövrdəki azalmada ümumi maşın istehsalının 7,9 faiz, istehsalat maşın istehsalının da 5,7 faiz geriləməsi təsirli olmuşdur.
Bizi sosial şəbəkələrdən izləyin!!