Rusiya Şərqə ixrac etdiyi elektrik enerjisinin həcmini artırıb | Banco.az

Rusiya Şərqə ixrac etdiyi elektrik enerjisinin həcmini artırıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya Şərqə ixrac etdiyi elektrik enerjisinin həcmini artırıb.

Banco.az xəbər verir ki, cari ilin yekunlarına görə, Rusiya Monqolustan və Çinə ixrac etdiyi elektrik enerjisinin ümumi həcmini 20% artırıb. Bu barədə energetika naziri Nikolay Şulqinov bildirib. Bununla yanaşı, Avropa ölkələrinə elektrik enerjisi ixracının azalması fonunda Rusiyanın Avropa hissəsində və Uralda cari istehsal azalıb. 2022-ci ilin yayından başlayan bu tendensiyanın Moskvaya qarşı beynəlxalq sanksiyalarla əlaqəli olduğu qeyd olunur. Beləliklə,  Rusiyanın Avropa hissəsində və Uralda elektrik enerjisi istehsalı müvafiq dövr ərzində illik müqayisədə 1,2%, Şimal-Qərb federal dairəsinin enerji sistemində isə 3%-dən çox azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et