ABŞ-ın ticarət kəsiri 2 ilin ən aşağı səviyyəsindədir | Banco.az

ABŞ-ın ticarət kəsiri 2 ilin ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ticarət kəsiri təxminən iki ilin ən aşağı səviyyəsinə enib.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi noyabr ayı üzrə ticarət balansı məlumatlarını açıqlayıb.

Buna görə, ABŞ-da ticarət kəsiri keçən ay 15,6 faiz azalaraq 83,3 milyard dollar olub. Beləliklə, ticarət kəsiri noyabr ayında təxminən iki ilin ən aşağı səviyyəsinə çatsa da, iqtisadçılar kəsirin 96,7 milyard dollar azalacağını gözləyirdilər.

Oktyabrda isə ticarət kəsiri 98,8 milyard dollar təşkil edib.

Digər tərəfdən, 7,6 faiz azalaraq 252,2 milyard dollara düşən idxal bir ildən çox müddətin ən aşağı səviyyəsinə çatıb. İxrac isə 3,1 faiz azalaraq 168,9 milyard dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et