Dövlət dəstəyi çərçivəsində Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə başlayıb | Banco.az

Dövlət dəstəyi çərçivəsində Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə başlayıb

Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün yarmarka fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış yarmarka Binəqədi rayonu ərazisində (Əcəmi Naxçıvani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində) yerləşir.

Yarmarkada 60-a yaxın sahibkarlıq subyektinə kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb.

Yarmarka hər gün fəaliyyət göstərəcək.

Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək istəyən sahibkarlar yarmarkada iştirak edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et