Çindən gələn xəbərlər qızılı da bahalaşdırıb | Banco.az

Çindən gələn xəbərlər qızılı da bahalaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dolların ucuzlaşması fonunda qızılın qiyməti atıb.

Banco.az xəbər verir ki, Çinin Kovid məhdudiyyətlərini yumşaltması ilə riskli aktivlər dəyər qazanmağa başlayb.

Spot bazarlarda günorta saatlarında qızılın bir unsiyası 1800 dollardan yuxarı ticarət olunub.

Xatırladaq ki, Çində artıq yanvarın əvvəlindən etibarən ölkəyə daxil olan insanlar karantinə alınmayacaq. Bunun da öz növbəsində Asiyanın ən böyük iqtisadiyyatına inamı artıracağı, eyni zamanda əvvəllər tətbiq edilən daha sərt pandemiya qaydalarının sürətlə bərpa edilməsinə töhfə verəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et