Müəllif - Aida İsaq, Banco.az
Türkiyənin yeganə və dünyanın aparıcı akril lif istehsalçısı olan “Aksa Akrilik” şirkəti Türkiyənin iş dünyasında yeniliyə imza atır.
Banco.az xəbər verir ki, adı çəkilən şirkət əməkdaşları üçün 4 günlük iş rejimini tətbiq edəcək. İlkin mərhələdə yeni qrafik bonus sistemi tətbiq edilməyən 200 əməkdaşı əhatə edəcək. Şirkətin baş direktoru Çengiz Taş pandemiyadan sonra müxtəlif şirkətlərin fərqli iş təcrübələrini sınaqdan keçirdiyini vurğulayaraq bunun sınaq xarakterli olduğunu qeyd edib. Yeni qrafikin 3 ay ərzində tətbiqindən sonra nəticələr araşdırlaraq təqdim olunacaq. Ç.Taş şirkətinin bu qərarı verməsindən böyük məmnunluq duyduğunu ifadə edərək, nəticələrin ürəkaçan olacağına ümidli olduğunu da qeyd edib.
Qeyd edək ki, müvafiq sistemə keçid 1 yanvar - 31 mart 2023-cü il tarixlərini əhatə edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!