Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Cari ilin noyabr ayında Azərbaycan Avropa İttifaqı ölkələrinə 24 milyard 169 milyon 985 min dollarlıq məhsul ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın Aİ ölkələri ilə idxal əməliyyatlarının ümumi dəyəri 2 milyard 059 milyon 851 min dollar təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 11 milyard 497 milyon 280 min və 1 milyard 924 milyon 780 min dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!