Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində karantin tədbirlərinin yeni mərhələsi başlayır.
Banco.az xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyası ölkədə fəaliyyət göstərən yerli səhiyyə müəssisələrinə və xəstəxanalara göndərdiyi təlimatda 8 yanvar 2023-cü il tarixindən etibarən "B kateqoriyalı pandemiya" anlayışı çərçivəsində nəzərdə tutulmuş tədbirlərə keçid üçün hazırlıqlarını tamamlamalarını istəyib.
Xatırladaq ki, Kovid-19 əslində "B kateqoriyası" olaraq təyin olunsa da, Çin səhiyyə orqanları nəzarət və profilaktik tədbirləri "A kateqoriyası"na uyğun həyata keçirirdilər. Bu nəzarət rejimi də yerli hökumətlərə qapanma və karantin kimi sərt tədbirlərə qərar vermək və tətbiq etmək səlahiyyəti verirdi.
Yeni qaydaya əsasən isə Çində Kovid-19 ilə əlaqəli xəstəliyin rəsmi adı olan "yeni növ koronavirus pnevmoniyası" da "yeni növ koronavirus infeksiyası" olaraq dəyişdiriləcək.
Bunun da öz növbəsində sərhədlərin açılmasına və karantin tədbirlərinin tamamilə aradan qaldırılmasına zəmin yaradacaq son addım olacağı nəzərdə tutulur.
Bizi sosial şəbəkələrdən izləyin!!