Rusiyada qaz ixracı 25% azalacaq | Banco.az

Rusiyada qaz ixracı 25% azalacaq

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada qaz ixracının həcminin azalacağı gözlənilir.

Banco.az xəbər verir ki, cari ilin göstəricilərinə əsasən Rusiya qazının ixrac həcmi 2021-ci ilin göstəriciləri ilə müqayisədə 25% azala bilər. Eyni zamanda, ixrac infrastrukturunun imkanlarının azalması hesabına ilin sonunda qaz hasilatı 12% zəifləyəcək. Bu barədə Rusiyada baş nazirin müavini Aleksandr Novak bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, mayeləşdirilmiş təbii qazın (LNG) ixracını artırmaqla təbii qaz həcminin azalmasının qismən qarşısını almaq mümkün olacaq. Cari ilin 11 ayının yekunlarına görə müvafiq ixracda 8,7 faizdən çox artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram