Avropada qazın qiyməti yüksək olaraq qalacaq | Banco.az

Avropada qazın qiyməti yüksək olaraq qalacaq

Müəllif: Aida İsaq, Banco.az

Avropada yaxın gələcək üçün qazın qiyməti yüksək olaraq qalmağa davam edəcək.

Banco.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak proqnozlaşdırıb.Onun sözlərinə görə, regionda qazın qiyməti 2021-ci ilin əvvəlinə olan göstəricilərə yəni 1000 kubmetr üçün 200-250 dollara qayıtması mümkünsüz görünür. O, eyni zamanda yanacağın qiymətinin əsasən qış mövsümündə temperaturdan asılı olacağını qeyd edərək qıtlıq səbəbindən qiymətlərin yüksək səviyyədə qalacağını vurğulayıb.

Onun sözlərinə görə, enerji qiymətləri ilə bağlı vəziyyət son dərəcə qeyri-sabitdir və bu tendensiya 2023-cü ildə qaz və neft bazarlarında müşahidə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram