Bu il Türkiyəyə 42 milyon xarici turist səfər edib | Banco.az

Bu il Türkiyəyə 42 milyon xarici turist səfər edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Noyabr ayına olan məlumata görə, bu il Türkiyəyə səfər edən xarici ziyarətçilərin sayı 42 milyonu ötüb.

Banco.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2022-ci ilin noyabr ayında ölkəyə daxil olan və ölkədən gedən turistlərin məlumatlarını dərc edib. 

Buna görə, noyabr ayında ölkəyə daxil olan xarici turistlərin sayı əvvəlki ilin eyni ayına görə 44,64 faiz artaraq 2 milyon 551 min 483 olub.

Sözügedən dövrdə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında Rusiya 12,25 faizlə birinci, Bolqarıstan 9,12 faizlə ikinci, Almaniya isə 8,13 faizlə üçüncü olub. Almaniyanı İran və Gürcüstan izləyib.

Yanvar-noyabr dövründə isə xarici turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 84,77 faiz artaraq 42 milyon 164 min 954-ə çatıb. Bu dövrdə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin siyahısında Almaniya 13 faizlə birinci, Rusiya 11,73 faizlə ikinci, İngiltərə isə 7,83 faizlə üçüncü olub. İngiltərəni Bolqarıstan və İran izləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram