Müəllif -Aida İsaq, Banco.az
2022-ci ildə dünya üzrə zəngin şəxslərin sərvəti 1,9 trilyon dollara qədər azalıb.
Banco.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Beləliklə varlıların ümumi kapitalının təxminən 12 ayda 13,8 trilyon dollardan 11,9 trilyon dollara qədər azaldığı məlum olub. Beləliklə, buna paralel olaraq dünya üzrə milyarderlərin sayı 2671 nəfərdən 2523 nəfərə düşüb.
Texnologiya sektorunun varlıları ən çox zərər çəkənlərdən olub. Belə ki, 300-ə yaxın milyarderlər birlikdə cari ildə 1 trilyon dollardan çox vəsait itiriblər. Məsələn, "Amazon"un qurucusu Ceff Bezos şirkətinin səhm dəyərinin təxminən 50% azalması səbəbindən 80 milyard dollardan çox itirib. Böhran Google"un əsas şirkəti "Alphabet"dən də yan keçməyib.
“Blomberg”in dekabrın 21-də yaydığı məlumata görə, amerikalı iş adamı, "Tesla", "SpaceX" və "Twitter" şirkətlərinin rəhbəri İlon Mask 2022-ci ildə 122,6 milyard dollar itirib. Bu məbləğ sahibkarın 2021-ci ildə qazandığı gəlirdən çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!