Amerika brendi qızıldan hazırlanmış saçqurutma fenini təqdim etdi | Banco.az

Amerika brendi qızıldan hazırlanmış saçqurutma fenini təqdim etdi

Müəllif - Aida İsaq, Banco.az

Amerika brendi “Dyson” məşhur “Supersonic” feninin “New Year Limited Edition” adlı yeni versiyasını təqdim edib. 

Banco.az xəbər verir ki, model əvvəlki versiyadan yalnız dizaynı ilə fərqlənir. Belə ki, idarəetmə düyməsi qızılı rəngə, düymələr isə qırmızı və yaşıl rəngli əlavələrə boyanıb. 

Cihaz üzərində məhdud sayda olduğunu göstərən nömrələnmiş oval bənövşəyi qutuda təqdim olunacaq.

Hazırda müvafiq cihazın yalnız Çində 3699 yuan (529,23 dolllar) qiymətinə satıldığı bildirilir. Modelin adi versiyası isə bundan 300 yuan ucuzdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et