Müəllif - Aida İsaq. Banco.az
İngiltərədə noyabr ayı üzrə avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Banco.az xəbər verir ki, noyabr ayında ötən ilin eyni dövrünə görə istehsalda 5,7% artım qeydə alınıb. Beləliklə, 80 min 91 avtomobil istehsal edilib. Buna baxmayaraq istehsal həcmi pandemiyadan əvvəlki göstəricilərdən təxminən 25 faiz aşağıdır.
Elektrikli və hibrid avtomobillərin istehsalı noyabr ayında əvvəlki ilin eyni dövrünə görə 18,3% artaraq 29 min 318 təşkil edib. İlin ilk 11 ayında müvafiq sektorda istehsal 2,9 faiz artıb.
Qeyd edək ki, noyabrda istehsal 2019-cu ilin müvafiq dövründən 25,7 faiz, pandemiyadan əvvəlki 5 illik orta göstəricidən isə 44,1 faiz aşağı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!