Çinə çip istehsalı avadanlıqlarının idxalı azalıb | Banco.az

Çinə çip istehsalı avadanlıqlarının idxalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinə çip istehsalında istifadə olunan avadanlıqların idxalı 2020-ci ilin ortalarından bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, elektronikaya tələbin azalması və ABŞ-ın Çin şirkətlərinin ən müasir avadanlıqlara çıxışına məhdudiyyətlər qoyması nəticəsində ölkəyə çip istehsal edən avadanlıqların idxalı ötən ay iki ildən çox müddətin minimumuna geriləyib.

Açıqlanan gömrük məlumatlarına görə, Çin şirkətləri noyabr ayında 2,3 milyard dollar dəyərində yarımkeçirici çip istehsalında istifadə olunan mexanikaidxal edib. Bu məbləğ bir il əvvəllə müqayisədə təxminən 40 faiz az olmaqla yanaşı, 2020-ci ilin may ayından bəri ən aşağı göstəricidir.

Eyni zamanda ölkəyə çip idxalında da azalma qeydə alınıb. Smartfonlar və fərdi kompüterlər üçün yarımkeçirici çiplər istehsal edən şirkətlər sifarişləri yerinə yetirmək üçün kifayət qədər çip istehsal edə bilmədiklərindən aşağı tələbatla mübarizə aparırlar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-ın oktyabr ayında tətbiq etməyə başladığı sanksiyalar böyük xarici şirkətlərin Çin şirkətlərinə ən qabaqcıl çiplərin istehsalı üçün istifadə olunan avadanlıqların tədarükünü məhdudlaşdırmasına və ya tamamilə kəsməsinə səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et