Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
2022-ci ilin yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə daşınan sərnişin sayı 4534,8 min nəfər olub.
Banco.az xəbər verir ki, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 17 milyon ton yük daşınıb.
Beləliklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 25,8 faiz, sərnişin daşınmasında isə 85,4 faiz artım qeydə alınıb.
Qeyd edək ki, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,9 min ton, Qərb istiqaməti üzrə 3,7 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!