Müəllif -Aida İsaq, Banco.az
Kriptovalyuta sektorunun böyüməsi davam edərsə, növbəti maliyyə böhranı bu sahədən qaynaqlanacaq.
Banco.az xəbər verir ki, bu barədə Hindistan Mərkəzi Bankının rəhbəri Şaktikanta Das bildirib. O, kriptovalyutaları makroiqtisadi və maliyyə sabitliyi üçün böyük risk adlandırıb. Və onların "spekulyativ" qiymətləndirmədən sonra qadağan edilməsini təklif edib.
Qeyd edək ki, buna paralel olaraq Hindistanın Mərkəzi Bankı bir çox mərkəzi banklar kimi, valyutasının rəqəmsal versiyasının təqdimatı üzərində işlər aparır.
Bizi sosial şəbəkələrdən izləyin!!