ABŞ-da istehlakçı inamı dekabr ayında yenidən artıb | Banco.az

ABŞ-da istehlakçı inamı dekabr ayında yenidən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da Konfrans Şurasının İstehlakçı İnam İndeksi dekabr ayında 6,9 bənd artaraq 108,3-ə yüksəlib.

Banco.az xəbər verir ki, Konfrans Şurası Amerikada istehlakçı tendensiyalarının dekabr ayı üzrə olan cari göstəricilərini yayımlayıb.

Bu göstəricilərə görə, İstehlakçı İnam İndeksi dekabr ayında əvvəlki aya görə 6,9 bənd artaraq 108,3 olub.

Bazar proqnozlarının əksinə olaraq artan İstehlakçı İüvəninin bu dövrdə 101-ə çatacağı gözlənilirdi. Noyabrda isə bu göstərici 101,4 səviyyəsində idi.

Qeyd edək ki, Amerika istehlakçılarının cari iş və əmək bazarı şərtləri ilə bağlı qiymətləndirmələrini əks etdirən Cari Vəziyyət İndeksi isə dekabrda 8,9 bənd artaraq 147,2-yə yüksəlib. Gələcəklə bağlı qısamüddətli qiymətləndirmələri əks etdirən Proqnozlar İndeksi də eyni dövrdə 5,7 bənd artaraq 82,4-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et