Müəllif -Aida İsaq, Banco.az
İsveçrə könüllü olaraq Avropa İttifaqının (Aİ) enerjiyə qənaət tədbirlərinə qoşulur.
Banco.az xəbər verir ki, İsveçrədə federal şura bununla bağlı 21 dekabrda keçirilən iclasda müzakirələr aparıb. Beləliklə, ölkənin 2023-2024-cü illərin qış istilik mövsümü başlayana qədər müvafiq tədbirlər planında iştirak etməsinə qərar verilib.
Qeyd edək ki, Aİ-nin müvafiq enerjiyə qənaət siyasəti Avropada təbii ehtiyatların təchizatının təhlükəsizliyini gücləndirmək, eləcə də müxtəlif növ yanacaq və enerjinin topdansatış qiymətlərini endirmək məqsədi daşıyır.
Xatırladaq ki, noyabrın 29-da İsveçrə qaz sənayesi assosiasiyası bu qışda yanacaq çatışmazlığı riskinin yüksək olduğunu açıqlayıb. Bununla əlaqədar olaraq, qurum ölkədə enerji istehlakına qənaət etməyə kömək məqsədi ilə əhalini evlərdə istilik temperaturunu azaltmağa çağırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!