Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
“Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir”.
Banco.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz rəsmi Tvitter səhifəsində yazıb.
Nazir bildirib ki, sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyri-neft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir:
“İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 5,3 milyard manat investisiya yatırılıb və 6 mindən çox insan daimi işlə təmin olunub. Əlavə 300 miyon manatdan çox investisiyanın yatırılması və 2 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur” – deyə nazir qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!