Rusiya və BMT taxıl sazişini müzakirə edəcək | Banco.az

Rusiya və BMT taxıl sazişini müzakirə edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya ilə BMT nümayəndə heyəti bugün video görüş keçirəcək.

Banco.az xəbər verir ki, Rusiya Xarici işlər nazirinin müavini Sergey Verşinin bugün Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri ilə taxıl sazişinin təfərrüatlarını və iş prosesini müzakirə etmək üçün onlayn görüş keçirəcəkləri açıqlanıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey VerşinTürkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan taxıl daşınması müqaviləsi ilə bağlı yerli mətbuata açıqlamalar verib.

Sözügedən razılaşma ilə bağlı Rusiya və BMT nümayəndələri arasında görüşün keçiriləcəyi barədə məlumatı jurnalistlərin diqqətinə çatdıran Verşin video konfransla yanaşı, yanvar ayında üzbəüz görüşün də baş tutacağını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et