Yanvarın 1-dən bu şəxslər vəzifə maaşına əlavə alacaqlar | Banco.az

Yanvarın 1-dən bu şəxslər vəzifə maaşına əlavə alacaqlar

Azərbaycanda miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Bununla bağlı Prezident İlham Əliyev “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Sənədə əsasən, Əsasnamənin 80-ci maddə aşağıdakı redaksiyada verilib: Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Əsasnamənin 81-ci maddəsi ləğv edilib.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et